Növbəti namaz: Zöhr 12:38 --:--:--

Son 10 ilin nəticəsi: müsəlmanların sayı diqqətçəkən artım göstərir

Son 10 ilin nəticəsi: müsəlmanların sayı diqqətçəkən artım göstərir

Müsəlmanların dünya üzrə sayı rekord sürətlə artır - Tədqiqat

 

Məşhur tədqiqat mərkəzi Pew Research Center tərəfindən aparılan araşdırmaya görə, 2010–2020-ci illər arasında dünya üzrə dini qrupların sayı diqqətçəkən şəkildə dəyişib. Nəticələr göstərir ki, xristianlıq hələ də ən böyük dini icma olaraq qalır, lakin ən sürətli artım məhz müsəlmanlar arasında müşahidə olunur. Bu dövrdə müsəlmanların sayı təxminən 347 milyon nəfər artaraq iki milyarda yaxınlaşıb və artım tempi digər bütün dini qrupları geridə qoyub.

Araşdırmaya əsasən, xristianların ümumi sayı 2.3 milyard nəfər təşkil edir və son on ildə bu icmaya 122 milyon insan əlavə olunub. Siyahıda üçüncü yeri 1.2 milyard nəfərlə hinduizm, dördüncü yeri isə 300 milyon nəfərlə buddizm tutur. Bundan əlavə, dünyada təxminən 1.9 milyard insan müxtəlif digər dini inanclara sahibdir, yəhudilərin sayı isə 10 milyon nəfər olaraq qeyd edilir.

Bu göstəricilər qlobal miqyasda dini demoqrafiyanın necə dəyişdiyini və xüsusilə müsəlman əhalinin artım tempinin nə qədər yüksək olduğunu açıq şəkildə ortaya qoyur.